Şimali və Cənubi Koreya liderləri arasında görüşün tarixi açıqlanıb

Cənubi Koreyanın prezidenti Mun Çje İn və KXDR-in rəhbəri Kim Çen In arasında görüş aprelin 27-də keçiriləcək. Reuters agentliyi xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin administrasiyasının rəhbəri Lim Çjon Sok məlumat verib.

Hərbi-demarkasiya xəttində görüşən liderlər daha sonra Cənubi Koreya milli qvardiyaçıların müşayiəti ilə danışıqların keçiriləcəyi məkana yollanacaqlar.

Görüşün yekunları üzrə birgə sənədin imzalanacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə