Putin Armen Sarkisyan ilə ölkədəki vəziyyəti müzakirə edib

Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon danışığı olub. Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

"Ermənistandakı mövcud vəziyyət müzakirə edilib. Vladimir Putin və Armen Sarkisyan böhranın qısa müddətdə aradan qaldırılması üçün ölkənin bütün siyasi qüvvələrini təmkin və məsuliyyət göstərmələrinin, mövcud problemlərin konstruktiv dialoq və Konstitusiya çərçivəsində həllinin vacibliyini vurğulayıblar”, məlumatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə