"Türkiyənin bu ölkələrlə münasibətlərini ABŞ korlayıb"

"Türkiyə və Rusiyanın yaxınlaşan münasibətləri Yaxın Şərq və Balkanlarda, eləcədə bəzi bölgələrdəki dinamikləri əhəmiyyətli dərəcədə dəyişdi." Axar.az xəbər verir ki, bunu türkiyəli millət vəkili Rifat Səid bildirib.

"Bu iki ölkənin əlaqələrinin yaxşılaşması ABŞ və Avropanın Yaxın Şərqdəki maraqlarına ciddi zərbə oldu. Türkiyənin bu günə qədər xarici siyasətdə ABŞ-a yaxın olması, Balkan və Yaxın Şərqdə fərqli siyasi görüntü yaratdı. Türkiyənin Rusiya ilə əlaqələrindən narahat olan ABŞ Kosova və Yunanıstanla Ankaranın münasibətlərini son dərəcə gərgin həddə çatdırıb", - Səid söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə