Rusiya Türkiyə üçün S-400 istehsalına başlayıb

Rusiya Türkiyə üçün S-400 zenit-raket sistemlərinin istehsalına başlayıb. SİA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "Rosoboroneksport"un rəhbəri Aleksandr Mixeyev deyib.

A.Mixeyev bildirib ki, Rusiya tərəfi Türkiyəyə S-400 tədarükü ilə bağlı müqavilənin icrasına başlayıb.

O qeyd edib ki, hazırda zenit-raket komplekslərinin istehsalına başlanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə