Çində yanğın faciəsi: 18 ölü, 5 yaralı

Cənubi Çinin Qingyuan şəhərində karaoke-barların birində yanğın baş verib və nəticədə 18 nəfər ölüb, daha 5 nəfər isə yanıq xəsarətləri alıb.

SİA-nın Vesti.Ru-ya istinadən verdiyi xəbərə görə, bədbəxt hadisə çərşənbə axşamı gecə saatlarında baş verib və səhərə yaxın yanğını söndürmək mümkün olub. Qeyd edək ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib və hazırda polislər hadisə yerində araşdırma aparır.

Yerli medianın yazdığına görə, yanğın bir şəxs tərəfindən qəsdən törədilib. Belə ki, hadisəni törədən şəxslə digər bir şəxs arasında karaoke-barın girişində insident baş verib. Və bir müddət sonra o, yaxınlıqda park edilmiş mopedlərlə karaoke-barın girişini bağlayıb və onları yandırıb. Yanğın karaoke-barın çıxışına qədər gedib çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...