Səudiyyə Ərəbistanı kralının sarayı yaxınlığında silah səsləri eşidilib

Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri şənbə günü ər-Riyadın əl-Hazama bölgəsində kral saraylarından birinin yaxınlığında uzaqdan idarəolunan oyuncaq pilotsuz aparat vurublar. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Şəhər polisinin nümayəndəsinin verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri aparatı aşkar etdikdən sonra qaydalara uyğun hərəkət ediblər.

Bir müddət öncə xarici KİV-lərdə Riyadda Səudiyyə Ərəbistanı kralının saraylarından birinin yaxınlığında silah səslərinin eşidildiyi video yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə