Səudiyyə Ərəbistanında partlayış olub

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində partlayış və atışma olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Kral sarayı yaxınlığında qeydə alınıb.

Bildirilir ki, kral Salman ibn Əbdül Əziz əs-Səud vaxtında paytaxtda yerləşən hərbi bazanın bunkerinə təxliyyə edilib.

Hazırda daha ətraflı məlumat yoxdur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə