Rusiya və ABŞ-ın maliyyə nazirləri arasında gərgin sanksiya müzakirələri

Rusiya və ABŞ-ın maliyyə nazirləri sanksiyaları müzakirə ediblər. RİA Novosti xəbər verir ki, Rusiyanın maliyyə naziri Anton Siluanov Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankının idarələrinin rəhbərlərinin yaz sessiyası çərçivəsində ABŞ-lı həmkarı Stiven Mnuçin ilə görüşüb. Görüşdə Rusiyaya tətbiq olunmuş sanksiyalar barədə müzakirələr aparılıb.

ABŞ Maliyyə Nazirliyindən bildirilib ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub və nazirlər Şimali Koreya, Suriya və Ukrayna ilə bağlı məsələlər haqqında fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə