Şimşək və leysan yağışı xəbərdarlığı səbəbi ilə Çinin paytaxtı Pekinin Şoudu aeroportu bu gün 97 aviareysi təxirə salıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə Rusiyanın TASS informasiya agentliyi Çinin Sintzinbau qəzetinə istinadla məlumat yayıb.

Təxirə salınanların çoxu daxili aviareyslərdir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə