İndoneziyada zəlzələ ölənlər və yaralılar var

İndoneziyada baş verən zəlzələ nəticəsində 2 nəfər həlak olub, 20 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İndoneziyanın təbii fəlakətlər agentliyinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, 4.4 bal gücündə baş verən zələlə yüzlərlə evi, məktəb və məscidləri dağıdıb. Yerli əhali onlar üçün ayrılan xüsusi mərkəzlərə köçürülüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə