Gürcüstanın xarici borcu 5 milyardı keçdi

Gürcüstanın xarici dövlət borcu cari il martın 31-nə dövlət təminatlı kreditlər də nəzərə alınmaqla 5 milyard 298 milyon dollardan çox təşkil edib. Bu məbləğin 5 milyard 211 milyon dollardan çoxu hökumətin payına düşür.

Gürcüstanın Azərbaycana olan borcu isə 8,495 milyon dollardır.

Gürcüstanın ən çox borcu Almaniya hökumətinədir – 297,960 milyon dollar. Siyahıda ikinci yerdə 222,668 milyon dollarla Yaponiya, 216,518 milyon dollarla Fransa dayanır.

Bütün xəbərlər Facebook səhifəmizdə