Avakov: "Rusiya ilə toqquşma bizim üçün faciə olar"

Rusiya ordusu ilə birbaşa toqquşma baş verəcəyi halda Ukrayna silahlı qüvvələri ağır itkilərə məruz qalacaq. Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın Daxili İşlər naziri Arsen Avakov deyib.

Məsələnin sülh yolu ilə də həllini istisna etməyən nazir toqquşma ehtimalı ilə müharibə ehtimalının eyni olduğunu bildirib. Onun sözlərinə görə, əgər Rusiya Donbasda hərbi əməliyyatlara başlasa, nəticə hər iki tərəf üçün faciəli ola bilər.

Avakov Rusiya və Ukrayna arasında qüvvələr balansının fərqli olduğunu da qəbul edib: “Bəli, bizim də indi yeni raketlərimiz və bir çox başqa şeylərimiz var. Buna görə də çox ağır qarşıdurma olacaq. Ancaq bunun baş verə biləcəyini bilməli və nəzərdə saxlamalıyıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə