Barselona yenə ayaqdadır 350 minlik aksiya

Barselonada təxminən 350 minə yaxın insan həbsxanadakı tərəfdarlarının azad olunması üçün aksiya keçirib. Euronews.com saytı xəbər verir ki, nümayişçilər Madrid rəhbərliyinə qarşı şüarlar səsləndiriblər.

Aksiyada Respublika Müdafiə komitələrinin üzvləri də iştirak ediblər. Almaniyada həbs olunan və şərti cəza ilə azad edilən keçmiş Kataloniya lideri Karles Puigdemont üçün İspaniyanın Ali Məhkəməsi 25 il həbs cəzası istəyir.

Qeyd edək ki, Kataloniya Milli Məclisinin keçmiş sədri Jordi Sanchez də altı ildir həbsxanadadır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...