"Biz Suriyaya əsgərlərimizi göndərdik, siz Əsədə adamlarınızı"

"Afrin əməliyyatı zamanı CHP sədri Kamal Kılıçdaroğlu “Afrinin mərkəzinə girməyin” dedi. Hara girəcəyimizi sizdən soruşmayacağıq. Biz Suriyaya əsgərlərimizi göndərdik, siz isə Əsədə adamlarınızı."

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ötən günlərdə Azad Suriya Ordusunun komandirlərindən biri ilə görüşdüm. Bədənində xeyli güllə, qəlpə yarası var idi. Dedilər ki, bu qəhrəman komandirin mədəsi yoxdur, bədəninin hər tərəfində qəlpə gəzdirir. Dəfərlərlə ağır şəkildə yaralanıb, amma sağalan kimi döyüşlərə qatılıb. Gördüyünüz kimi, ASO Afrində bizim əsgərlərimizlə birlikdə terrorçulara qarşı ciddi şəkildə mübarizə aparıb”, - Ərdoğan bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...