Kərkükdə türkman liderin kortejinə hücum olub

İraqın Kərkük şəhərində bomba ilə yüklənmiş bir maşın Türkman Cəbhəsinin deputatlığa namizədi Əmmar Kəhyanın kortejinin yaxınlığında partladılıb. Axar.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Məlumata görə, Əmmar Kəhya hücum zamanı xəsarət almasa da, onun iki mühafizəçisi ağır bədən xəsarətləri alıb. Hücumda ölən şəxsin mülki vətəndaş olduğu bildirilib.

Hələ ki, teraktı hansı qruplaşmanın həyata keçirdiyi açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə