"Kimyəvi hücum cinayətinə Rusiyanın da ortaq olduğunu Putinə dedim"

"Suriyada istifadə edilən kimyəvi hücum cinayətinə Rusiyanın da ortaq olduğunu Prezident Vladimir Putinə dedim." Axar.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib. O bildirib ki, Suriyaya qarşı üçlüyün (ABŞ, Böyük Britaniya və Fransa) əməliyyatları tamamilə qanunidir:

“ABŞ və İngiltərə ilə ortaq keçirilən əməliyyatlarda Fransa qırıcılarının aviazərbələri hədəfinə çatdı. Biz Suriyaya qarşı müharibə elan etməmişik”.

Makron vurğulayıb ki, Ankara son hücumlara labüd yanaşdığı üçün Türkiyə ilə Rusiyanın münasibətləri bir qədər korlanıb. Fransız lider əlavə edib ki, ABŞ-ı uzun müddət Suriyada qalmağa Paris sövq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə