NATO rəhbəri: “Türkiyənin qərarını məmnunluqla qarşılayıram"

NATO Baş katibi Yens Stoltenberq Türkiyəyə səfərindən əvvəl “Anadolu” agentliyinin suallarını cavablandırıb. Axar.az xəbər verir ki, Stoltenberq S-400 sistemi ilə bağlı ona ünvanlanmış suala cavab verməkdə çətinlik çəkib. Jurnalistin “Türkiyə sərhədində gərginliyin artdığı bir vaxtda NATO rəsmi Ankaranı lazımı qədər dəstəkləmir. Sizcə, mütəffiq ölkələrin belə bir mövqe sərgiləməsi Türkiyəni Rusiyadan S-400 almağa sövq etmirmi?” sualına o belə cavab verib:

“Türkiyənin iki NATO ölkəsi - İtaliya və Fransa ilə hava hücumundan müdafiə sistemlərini inkişaf etdirməklə bağlı qərarını məmnunluqla qarşılayıram. Bu qərar NATO müttəfiqləri arasında inteqrasiyanı daha da gücləndirəcək. Bundan başqa, Türkiyə ilə ABŞ arasında “Patriot” hava hücumundan müdafiə sisteminin alınması haqda danışıqlar gedir. Yəni NATO ölkələri ilə Türkiyə arasında müxtəlif tipdə raketlərin alınması istiqamətində görüşlər var”.

Qeyd edək ki, Stoltenberq aprelin 16-da Türkiyəyə səfər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...