Amerikalı vəkil ətraf mühitin çirklənməsinə görə özünü yandırıb

Amerikalı vəkil ətraf mühitin çirklənməsinə diqqətin cəlb edilməsi üçün özünü yandırıb. Bu barədə BBS News yazır. 60 yaşlı Devid Bakel Nyu-Yorkda Prospekt-parkda aksiya keçirib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Devid intiharının səbəbini qoyduğu məktubda izah edib. O məktubunu bir neçə təşkilata elektron poçt vasitəsi ilə göndərib. Bakelin sözlərinə əsasən, o, üzərinə “təbii yanacaq” töküb ki, insanların ekologiyanın qeydinə qalmadıqları zaman nə baş verdiyini göstərsin:

“Çikrlənmə bizim planeti məhv edir, yaşadığımız mühitə hava, torpaq, su və yağıntılar vasitəsi ilə daxil olur”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...