Rusiyada dəhşətli yol qəzası: 4 nəfər ölüb.

Rusiyada baş verən yol qəzasında dörd nəfər ölüb. APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, aprelin 14-də saat 23.15-də Yeni Moskva yolunun Novofyodorovsk yaşayış məntəqəsindən keçən hissəsində “VAZ 21124” markalı minik avtomobili aşaraq yanıb. Nəticədə sürücü və üç sərnişini yanaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə