Misirdə partlayış olub, 1 nəfər ölüb

Misirin İsgəndəriyyə şəhərinin mərkəzinə içində bomba olan avtomobillə hücum edilib. Axar.az xəbər verir ki, bomba şəhər rəhbərinin kortejinin keçidi zamanı partladılıb. Hücum nəticəsində 1 nəfər ölüb, 4-ü yaralanıb. Ölən şəxsin polis olduğu bildirilib.

Hücumun prezident seçkilərinə bir neçə gün qalmış həyata keçirilməsi ölkədə siyasi gərginliyin hökm sürməsindən xəbər verir. Qeyd edək ki, tarixi məkan kimi bütün dünyada tanınan İsgəndəriyyə Misirin ən böyük və ən turistik şəhərlərindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə