Şimali İraqda PKK lideri öldürüldü

Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda Hakurk və Qani Raş bölgəsində 12 gündür davam edən əməliyyatı nəticəsində ümumilikdə 55 terrorçu məhv edilib. Bu barədə TSQ-nın Baş Qərargahından bildirilib.

Məlumata görə, əməliyyat zamanı öldürülən terrorçulardan birinin PKK-nın əraziyə cavabdeh olaraq təyin etdiyi, adı qırmızı siyahıda olan “Agiri” ləqəbli Birdal Burxanlı olduğu müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə