Fransada super marketə silahlı basqın 3 ölü

Fransanın Od departamentinin Treb kommunasında silahlı şəxs “Super U” super marketinə silahlı basqın edib. Yerli KİV-lər xəbər verir ki, terrorçu olduğu ehtimal edilən şəxs üç nəfəri öldürüb, bir neçə nəfəri, o cümlədən bir polisi yaralayıb.

Marseldən göndərilən xüsusi təyinatlı polis dəstəsi marketi əhatəyə alıb. Marketdən atəş səsləri eşidilir.

***

Bir qədər sonra girov götürülənlər marketdən qaça biliblər. Məlumata görə, hazırda marketdə yalnız cinayətkar və bir polis nəfəri qalıb.

Fransanın Baş naziri Eduar Filipp baş verən hadisəni terror aktı kimi dəyərləndirib.

Hadisə şahidlərinin sözlərinə görə, silahlı şəxs İŞİD terror qruplaşmasının üzvü olduğunu deyib və həm Parisdə, həm də Brüsseldə baş verən terror aktlarında təqsirləndirilən Saleh Abdeslamın azad edilməsini tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə