Belarus millisi Bakıda məşqə çıxıb

Belarus milli komandası Bakıya gəlib. Qol.az-ın məlumatına görə, martın 23-də yoxlama oyununda millimizlə üz-üzə gələcək Belarus yığması çarter reysi ilə paytaxtımıza təşrif buyurub. Belarus millisinin heyətində 23 oyunçu yer alıb:

Qapıçılar: Andrey Qorbunov (“Dinamo”, Minsk), Aleksandr Qutor, Pavel Pavlyuçenko (hər ikisi “Dinamo”, Brest)

Müdafiəçilər: Aleksandr Martınoviç (“Krasnodar”, Rusiya), İqor Şitov (“Astana”, Qazaxıstan), Sergey Politeviç (“Gənclərbirliyi”, Türkiyə), Mixail Sivakov ("Amkar”, Rusiya), Maksim Volodko (BATE), Oleq Veretilo, Aleksey Qavriloviç (hər ikisi "Dinamo”, Brest), Sergey Matveyçik ("Şaxtyor”, Soliqorsk)

Yarımmüdafiəçilər: Sergey Kislyak (“İrtış”, Qazaxıstan), Stanislav Draqun, İqor Staseviç (hər ikisi BATE), Renan Bressan (“Çaveş”, Portuqaliya), Pavel Nexayçik (“Dinamo”, Brest), Pavel Savitski (“Dinamo”, Brest), İvan Mayevski (“Astana”, Qazaxıstan), Yuri Kendış (“Şerif”, Moldova), Yuri Kovalyov ("Şaxtyor”, Soliqorsk)

Hücumçular: Maksim Skavış (BATE), Denis Laptev (“Şaxtyor”, Soliqorsk), Anton Saroka (“Dinamo”, Minsk)

Axşam saatlarında Belarus yığması Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydanında məşqə çıxıb. Qeyd edək ki, martın 23-də BOS-da təşkil olunacaq Azərbaycan - Belarus matçı saat 20:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...