Rusiyanın keçmiş daxili işlər naziri vəfat edib

Rusiyanın keçmiş daxili işlər naziri, ordu generalı Viktor Erin 75 yaşında vəfat edib. Axar.az xəbər verir ki, V.Erin 1992-1995-ci illərdə nazir, 1995-2001-ci illərdə Xarici Kəşfiyat İdarəsinin direktor müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Viktor Erin 1993-cü ildə Yeltsinin Xalq Deputatları Soveti və Ali Sovetin buraxılması barədə Konstitusiya islahatlarını dəstəkləyib. Vitse-prezident Aleksandr Rutskinin üsyanı zamanı Erin Yeltsinə sadiq qalıb. 7 oktyabrda Yeltsin onu Rusiya Qəhrəmanı adına layiq görüb. Peşəkar hərbçi, sadiq kadr kimi tanınırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə