23 ildən sonra üçüzləri oldu, onlara Rəcəb, Tayyib və Ərdoğan adlarını qoydular

Türkiyədə 23 ildir övlad həsrəti ilə ilə yaşayan Əli Ər və Meliha Ərin üçüzləri dünyaya gəlib.

Teleqraf.com xəbər verir ki, 23 ildən sonra üçüzləri olan ailə onlara Rəcəb, Tayyib və Ərdoğan adlarını qoyublar. Əli Ər 23 ildən sonra nəhayət ki, xoşbəxt olduqlarını deyib.

“Bu xoşbəxtliyi ifadə etmək mümkün deyil. Bu sevgi başqadır. Həqiqətən çox xoşbəxtik. Allah bizə 3 oğul verdi və onlara sayın Rəcəb Tayyib Ərdoğanın adını verməyə qərara gəldik”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...