Putin: "Bizim kimyəvi silahımız yoxdur"

"Rusiya bütün kimyəvi silahlarını məhv edib. Bizim kimyəvi silahımız yoxdur". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin seçki qərargahında jurnalistlərin sualına cavabında bildirib. O, Londonda zəhərlənən Sergey Skripalın işi ilə bağlı KİV-dən məlumat aldığını söyləyib: "Mən, bu faciə haqqında KİV-dən məlumat almışam. Ağıla gəlir ki, əgər bu zəhərli vasitə döyüş zəhərli vasitəsi olsaydı, əlbəttə ki, insanlar yerindəcə ölərdilər. Bu, məlum faktdır. Bunu başa düşmək lazımdır. Rusiyanın kimyəvi silahı yoxdur. Biz, bütün kimyəvi silahlarımızı beynəlxalq müşahidəçilərin nəzarəti altında məhv etmişik".

V. Putin Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın işinin təhqiqatında iştirak etməyə hazır olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə