"Türkiyə məzlumun yanında olduğunu dünyaya göstərdi"

"Afrin şəhər mərkəzi Türkiyə ordusunun dəstəyi ilə Azad Suriya Ordusu tərəfindən bu gün 08:30-da tam nəzarət altına alınıb."

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. Onun sözlərinə görə, hazırda şəhər mərkəzində Türkiyə və ASO bayraqları dalğalanır:

"Afrin əməliyyatını başdan bu yana dəstəkləyən millətimə təşəkkür edirəm. Türkiyə yenə də haqlının, məzlumun yanında olduğunu dünyaya göstərdi. 140 min insan Cerablusa geri qayıtdı. İndi də Afrindən olan qardaşlarımız geri qayıdacaqlar. Bölgənin inkişafı üçün hər şeyi edəcəyik. Yerli xalqına öz evlərinə sahib olması üçün gərəkən hər addımı atacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...