Rusiya vətəndaşları Bakıda səs verib

Rusiyada keçirilən prezident seçkiləri ilə əlaqədar Bakıda yaradılmış seçki məntəqəsində seçicilərin yüksək fəallığı müşahidə olunur. SİA RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat katibi Denis Apaşkin məlumat verib.

Qeyd edək ki, bu gün Rusiyada keçirilən prezident seçkilərində 8 namizəd – Vladimir Putin, Serqey Baburin, Pavel Qrudinin, Vladimir Jirinovski, Kseniya Sobçak, Maksim Suraykin, Boris Titov və Qriqoriy Yavlinski mübarizə aparırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə