Afrin şəhəri terrorçulardan təmizlənib

Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrin şəhəri nəzarətə götürülüb. SİA-nın "Doğan" agentliyinə istinadən verdiyi məlumatına görə, bu gün səhər saatlarında müxalif Azad Suriya Ordusunun birlikləri Türkiyə ordusunun dəstəyi ilə Afrin şəhərini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün əməliyyata başlayıb.

Azad Suriya Ordusu cənub-şərq istiqamətindən şəhərə daxil olub. "Doğan" agentliyi artıq şəhərin tam nəzarət altına aldındığı barədə məlumat yayıb. "İhlas" agentliyi isə şəhərin bir məhəlləsinin nəzarətə götürlüdyü barədə məlumat yayıb.

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsini PYD/YPG terrorçularından təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb

Bütün xəbərlər Facebook səhifəmizdə