İranın şimalında 4,6 bal gücündə zəlzələ baş verib. SİA-nın Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Qorqan şəhərindən 80 kilometr şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə