Əhmədinejad generalı təhdid edib

İranın keçmiş prezident Mahmud Əhmədinejadın müavini Həmid Bakayinin həbsinə göz yumduğu üçün SEPAH-ın Yaxın Şərq üzrə komandiri Qasım Süleymanini iş əlaqələrini ictimaiyyətə açıqlamaqla təhdid edib. Axar.az xəbər verir ki, Əhmədinejadın Süleymaniyə xitab edərək, yazdığı məktub “dolatebahar” adlı internet saytında yayımlanıb.

“Suriyada və başqa yerlərdə zülmlərə qarşı mübarizədə fədakarlıq elediniz, ancaq öz ölkənizdə sizin adınızdan həyata keçirilən böyük zülmlərə niyə ortaq olursunuz? Əvvəlki məktubda xatırlatdığım kimi, aramızdakı iş əlaqələrini açıqlamaq üçün özünüzü tam hazırlayın”,- sözlərini qeyd edib.

Məktubun sonunda isə Əhmədinejad “zalımlar yaxında peşman olacaq, ancaq peşmanlıq üçün gec olacaq” sözlərini qeyd edib.

Qeyd edək ki, İranın keçmiş prezident Mahmud Əhmədinejadın müavini Həmid Bakayi vəzifədə olduğu dövrdə maliyyə cinayətlərində təqsirli bilinərək 15 milyon 350 min dollar məbləğində pulu ödəmədiyi üçün həbs olunmuşdu. O, həbsindən 1 gün əvvəl Teleqraf hesabında ona qarşı irəli sürülən iddialarla bağlı sənədləri yayımlamışdı. Bunun səhərisi günü Bakayi 15 il həbs cəzası almışdı. İranın keçmiş prezident Mahmud Əhmədinejad isə əsl günahkarların məhkəmə rəsmilərinin olduğunu bildirərək, onun həbsinə etiraz etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə