Rus deputat: "Böyük Britaniya ABŞ-ın badına gedir"

"Moskva Londonun hərəkətlərinə adekvat cavab verib. " Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib.

"Rusiya Xarici İşlər Nazirliyinin Britaniya səfirliyinin 23 nümayəndəsini “persona non qrata” elan etməsi Londonun hərəkətlərinə tamamilə adekvat və simmetrik cavabdır. Əgər ingilis səlahiyyətliləri bu tempdə davam edəcəklərsə, Rusiya başqa cəza tədbirlərindən istifadə edəcək. Böyük Britaniya burada tamamilə ABŞ-ın badına gedir. Bu işi biz başlamamışıq, lakin müvafiq tədbirlərlə cavab verməyə məcburuq".

Qeyd edək ki, Londonun 23 rus diplomatını qovacağı bəyanatına cavab olaraq Rusiya da 23 ingilis diplomatın ölkədən çıxarılacağını təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...