Ağ Ev: "ABŞ İrana qarşı sanksiya tətbiq etməyi düşünmür"

"ABŞ hələ ki, İrana qarşı sanksiya tətbiq etməyi düşünmür. Lakin hər zaman sanksiya ehtimalını dəyərləndirir." Axar.az xəbər verir ki, bu sözləri Ağ Ev sözçüsü Sara Sanders deyib.

“Bizim sanksiya ilə bağlı yenilənməmiz yoxdur. Lakin biz həmişə amerikalıların qorunması, irəli getmək və prezidentin işini irəli aparmaq üçün ən yaxşı vasitələri nəzərdən keçiririk”, - sözçü bildirib.

Qeyd edək ki, bir az öncə London, Paris və Berlin AB üzvü olan dövlətlərə İranın raket proqramı və Suriyadakı münaqişə ilə bağlı mövqeyinə görə, bu ölkəyə qarşı yeni sanksiyaların irəli sürülməsini təklif ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə