"ABŞ-ın tətbiq etdiyi sanksiyaların heç bir əhəmiyyəti yoxdur"

ABŞ-ın tətbiq etdiyi sanksiyaların heç bir əhəmiyyəti yoxdur. Axar.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Sual meydana çıxır: Nə üçün ABŞ müstəqil siyasət yürütdüyümüz üçün bizi cəzalandırmaq istəyir? Çünki əvvəlki təzyiqlər nəticə vermədi. Nə iqtisadi əməkdaşlıqla bağlı qadağalar, nə pul köçürmələri ilə bağlı məhdudiyyətlər, nə sərhədlərimizdə yerləşdirilən silahlar, vizaların ləğv edilməsi çağırışları təsir etdi”, - deyə Ryabkov bildirib. Qeyd edək ki, bir müddət əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı növbəti sanksiyalar layihəsini qəbul etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə