ABŞ-da kimya zavodunda partlayış olub

ABŞ-ın Texas ştatında fəaliyyət göstərən kimya zavodunda partlayış baş verib, fəhlələr arasında xəsarət alanlar var. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Kresson şəhərində baş verib.

Yerli KİV-lər partlayış nəticəsində bir nəfərin itkin düşdüyünü qeyd edir. Xəsarət alanlardan birinin vəziyyəti kritikdir. Qeyd olunan müəssisənin sabun və müxtəlif turşular istehsal etdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə