Savçenkodan etiraf: "Radada silahla dayanmışdım"

"Parlamentin zalında silahla dayanmışdım." Bu sözləri ukraynalı deputat Nadejda Savçenko jurnalistlərə açıqlamasında deyib. “Mənim silahım var. Həmin silahı Radanın spikeri Andrey Parubiy mənə təqdim edib. Həmin silahı zabit kimi daşımaq hüququm var. Mən bilirəm onu harada və necə gəzdirmək lazımdır. Etiraf edirəm ki, ilk dəfə mən deputatların gözündə qorxu gördüm”, - Savçenko bildirib.

Qeyd edək ki, Ukrayna Baş prokuroru Yuri Lutsenko Savçenkonun Radada terakt həyata keçirməklə bağlı danılmaz faktlara sahib olduğunu bildirib. O, Savçenkonun deputat toxunulmazlığının ləğv edilməsini istəyib.

Bir qədər əvvəl isə N.Savçenkovunu Müdafiə Komitəsindən uzaqlaşdırılması ilə bağlı məlumat yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə