Türk əsgəri Afrində şəhid olub

Afrində davam edən əməliyyatlar zamanı qumbaranın partlaması nəticəsində türk əsgəri şəhid olub. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

“Zeytun budağı” əməliyyatının icrası zamanı hərbçimiz şəhid oldu. Bu olay bizi dərindən sarsıtdı. Olayda şəhid olan hərbçimizə Allahdan rəhmət, ailə və yaxınlarına isə səbr və başsağlığı diləyirik”, - deyə bildirilib. Qeyd edək ki, son məlumata görə, türk ordusu Afrinin mərkəzinə qədər irəliləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə