Pakistanda güclü partlayış olub, 6 nəfər ölüb

Pakistanın Lahor şəhəri yaxınlığında güclü partlayış baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 4-ü polis əməkdaşı olmaqla azı 6 nəfər ölüb.

İnsidentin təfərrüatları müəyyənləşdirilir. İlkin versiyaya əsasən, hədəfdə məhz asayiş keşikçiləri olub. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə