Moskva: "Tereza Mey Rusiya ilə qarşıdurmanı seçdi"

İngiltərə Baş naziri Tereza Mey Rusiya ilə qarşıdurmanı seçdi. Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN-nin bəyanatında bildirilib. XİN-nin bəyanatında Sergey Skripal və onun qızının zəhərlənməsi ilə bağlı Meyin reallığı əks etdirməyən fikirlər səsləndirdiyi və bunun təxribat olduğu bəyan edilib, tezliklə cavab tədbirlərinin görüləcəyi vurğulanıb.

Qeyd edək ki, martın 5-də Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz və ağır vəziyyətdə Britaniyada parkların birində tapılıb. Britaniya mətbuatı Sergey Skripal və qızının zəhərlənməsində Rusiyanın əli olduğunu bildirib. Daha sonra T. Mey də açıqlamasında Rusiyanın ölkəsinə güc tətbiq etdiyini bildirib.

Bu gün isə Mey parlamentdə çıxışında 23 rus diplomatın ölkədən departasiya olunacağını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə