"Britaniyadan 23 rus diplomatını deportasiya edəcəyik"

Britaniyadan 23 rus diplomatını deportasiya edəcəyik. Axar.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Britaniya Baş naziri Tereza Mey deyib. “Bu şəxslərin hamısı qeydə alınmayan casuslardır. Onların Britaniyanı tərk etməsi üçün bir həftə vaxtı var.

Rusiyaya Skripalla bağlı baş verənləri izah etmək üçün imkan verdik, amma onlar bizə heç bir açıqlama vermədilər ki, Skripalın zəhərlənməsində istifadə edilən qazlar necə Britaniyada peyda olub” - deyə o bildirib.

O həmçinin Britaniya rəhbərliyindən heç kimin Rusiyadakı dünya çempionatından iştirak etməyəcəyini də deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...