Ölkə tarixində ən böyük dəfinə tapılıb

Yaponiyanın Saytama prefekturasında böyük pul xəzinəsi aşkar olunub. Xəzinə Kumaqaya şəhər Mədəni Dəyərlər Muzeyinə təhvil verilib. Muzeyin bu barədə yaydığı məlumatda deyilir ki, bu, Yaponiyada gil qabda ən böyük pul tapıntısıdır. Xəzinə sikkələrin sayına görə də ən çoxsaylı tapıntıdır.

Dəfinə Hasuda şəhərində orta əsrlərə (XV-XVI əsrlər) aid ərazidə qazıntılar zamanı aşkar edilib. Demək olar ki, heç bir zərər dəyməyən 70 santimetr hündürlükdə gil qabda 260 min ədəd sikkə tapılıb. Dəfinə basdırılarkən buradakı sikkələr ortalarındakı deşiklərdən keçirilən ip vasitəsilə bir-birinə bağlanıb.

Arxeoloqların rəyinə görə, dəfinə şyoqunlar arasında davam edən müharibələr dövründə var-dövləti qorumaq məqsədilə basdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...