ABŞ Konqresinin binası qarşısında “ayaqqabı” aksiyası keçirilib

Vaşinqtonda Kapitoliya binası qarşısında “ayaqqabı” aksiyası keçirilib. Konqresin binası qarşısındakı çəmənliyə 7000 cüt uşaq ayaqqabısı düzülüb. Uşaq ayaqqabıları 2012-ci ildə Konnektikut ştatındakı “Sendi-Huk” məktəbində kütləvi qətldən başlayaraq, son 5 ildən bir qədər artıq müddətdə 7000 uşağın öldürülməsinin rəmzidir.

Etiraz aksiyası “Avaaz” qlobal təşəbbüskarlıq təşkilatı tərəfindən təşkil edilib. Bu ictimai təşkilatın fəalları ABŞ Konqresinin binası qarşısına düzdükləri ayaqqabıları bütün ölkə ərazisindən toplayıblar. Fəallar ölkə qanunlarının qəbul edildiyi binanın qarşısına uşaq ayaqqabılarını düzməklə hakimiyyət orqanlarının diqqətini silah satışı və onun əldə edilməsinin mümkünlüyü barədə qanunları dəyişməyin zəruri olmasına cəlb etməyə çalışırlar.

“Avaaz” təşkilatı 7000 rəqəmini Xəstələnməyə Nəzarət Mərkəzinin statistikası ilə əsaslandırıb. Mərkəzin hesabatında bildirilir ki, odlu silahla atəşaçmadan istifadə edilməklə zorakılıq nəticəsində hər il 1300 uşaq həyatını itirir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...