Ukraynanın paytaxtı Kiyevin Tupoleva küçəsində yerləşən böyük anbarlardan birində güclü yanğın baş verib. Bu barədə RİA məlumat yayıb. Bildirilib ki, 10 000 kv/m ərazini cənginə alan yanğının yanğınsöndürənlər tərəfindən qismən qarşısı alınaraq 800 kv/m-ə qədər kiçildilib.

Yanğının yaxınlıqda yerləşən 6 mərtəbəli ofisə keçmək ehtimalının olduğu deyilir. Məlumata görə, yanğınsöndürənlər anbardan 10-na yaxın qaz balonu çıxarıb və hazırda 70 nəfərlik heyət ərazidə yanğının tam qarşısını almağa çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə