Nepalda təyyarə qəzasının səbəbi açıqlandı

Nepalın paytaxtı Katmanduda təyyarə qəzasının baş verməsinə ekipajın səhvi səbəb olub. APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə Katmandu hava limanının rəhbəri Rackumar Çxetri bildirib.

“Şimal istiqamətindən eniş etmək əvəzinə, təyyarə şimal-şərqdən enməyə başlayıb. Laynerin vəziyyəti eniş üçün münasib deyildi”, deyə R.Çxetri vurğulayıb.

Qeyd edək ki, dünən Katmanduda hava limanı yaxınlığında Banqladeşin “US-Banga” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Son məlumata əsasən, hadisə nəticəsində 49 nəfər ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə