Nalayiq davranışa yol verənlər cərimələnəcək

Fransada küçələrdə nalayiq davranışa yol verən şəxslər 90 avro həcmində cərimələnəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu ölkə hökumətinin rəsmi nümayəndəsi Benjamen Qrevo elan edib.

Qeyd olunur ki, bu kateqoriyaya əsasən qadınlara sataşmalar və söz atmalar daxil olacaq. Hökumət rəsmisi bildirib ki, paytaxtda ictimai nəqliyyatdan istifadə edən qadınların 90 faizi həm fiziki, həm də sözlə təcavüzə məruz qaldığını etiraf edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə