Kanadanın Baş naziri hind xalqının etirazı ilə üz-üzə

Kanadanın Baş naziri Castin Trudo Hindistan səfəri zamanı iştirak etdiyi axşam yeməyində hind xalqının milli geyimlərini geyinib və səhnədə hind rəqsi edib.

Axar.az xəbər verir ki, ətrafdakı insanlar nazirin bu hərəkətini müsbət qarşılasa da, sosial media istifadəçiləri onu tənqid edib.

​​Bir çox sosial media istifadəçisi nazirin geyiminə əsəbləşdiyini, onun bəy kimi geyindiyini, nəinki hindistanlıların, hətta Bollivud aktyorlarının bu formada geyinmədiyini yazıb.

​Kanadalı vətəndaşlardan biri isə ölkəsi adından nazirin hərəkətinə görə üzgün olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...