Türk ordusu Əsədin 80 adamını məhv edib

Türk ordusunun ötən gün yüksək dəqiqliklə vurduğu konvoyla bağlı detallar məlum olub. Axar.az xəbər verir ki, Türkiyə ordusunun vurduğu 40 avtomobillik konvoy Əsəd rejiminə yaxın qüvvələrə məxsus olub. Konvoyun “Sakarya” raketləri ilə vurulduğu və ən azı 80 nəfərin öldürüldüyü bildirilib. Vurulan avtomobillər sırasında terrorçulara silah aparan 2 TIR da yer alıb.

“Yeni Şəfəq” qəzeti Afrinə Əsəd rejimi tərəfdarlarının gətirilməsinə general Malik Alaya və YPG-nin liderlərindən biri olan Sipan Hamonun rəhbərlik etdiyini bildirib. Qeyd edək ki, artilleriyanın düşmənin dinamik hədəflərini yüksək dəqiqliklə məhv etməsi ekspertlər tərəfindən imkansızı bacarmaq kimi təqdim edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...