Putin Suriyada həlak olan pilota qəhrəman adı verdi

Rusiya Prezidenti Vladimir Putin bir müddət öncə Suriyada qəzaya düşən Su-25 təyyarəsinin həlak olan pilotu Roman Filipovu Rusiya Qəhrəmanı ulduzu ilə təltif edib. Axar.az xəbər verir ki, mükafat Filipovun həyat yoldaşına verilib.

Qeyd edək ki, Filipovun təyyarəsi İdlib vilayətində vurulub. Filipov təyyarə vurulduqdan sonra katapult etsə də, terrorçuların nəzarətində olan əraziyə düşüb və özünü qumbara ilə partladıb. Sonradan Filipovun əslən ukraynalı olduğu və Donbasda Kiyev əleyhinə döyüşdüyü bəlli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...