Putin Kremldə müdafiə nazirləri ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin Dövlət Kreml sarayında Vətən Müdafiəsi günü münasibəti ilə keçirilən təntənəli gecəyə dəvət olunan Azərbaycan, Venesuela, Qazaxıstan, Qətər, Monqolustan, Serbiya, Özbəkistan, Belarus, Qırğızıstan və Ermənistanın müdafiə idarələrinin rəhbərləri ilə görüşüb. Report xəbər verir ki, Putin Zakir Həsənova dövlət təhlükəsizliyini təmin etməkdə uğurlar arzulayıb

Putin görüş zamanı ölkələr arasında hərbi sahədə olan qarşılıqlı etimadın dəyərini qeyd edib: "Sizin, bir paqon gəzdirən insan kimi, silahlara, orduya, dövlətin bütün güc komponentlərinə xüsusi münasibətiniz var. Siz buna nə dərəcədə diqqətli yanaşmalı olduğunu və hərbi iş kimi həssas sahədə etimadın necə yüksək qiymətləndirildiyini hamıdan daha yaxşı bilirsiniz.

Kimin üçün ki, silahlı qüvvələrin inkişafı ilə əlaqəli olan 23 fevral tarixi gündür, onları ikiqat təbrik edirəm. Hamınıza, hərbçilərinizə, xalqlarınıza ən xoş arzularımı diləyirəm. Sizlərə öz dövlətinizin təhlükəsizliyini təmin etməkdə uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...