İsrail və ABŞ gələn ay hərbi təlimlərə başlayacaq

İsrail və ABŞ mart ayında genişmiqyaslı hərbi təlimlərə başlayacaq. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, təlimlərdə havadan və raketdən müdafiə batalyonları iştirak edəcək. “Yuniper kobra” adlandırılacaq təlimlərdə ABŞ tərəfindən 2500, İsraildən isə 2000 hərbçinin iştirakı gözlənilir.

Müttəfiqlər “Patriot”, “Xeç”, “Dəmir Qübbə”, “Davudun sapandı” kimi zenit-raket komplekslərindən istifadə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə